ƏSGƏR sözü ilə əlaqəli ayələr
"ƏSGƏR" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- İsrail oğullarını dənizdən keçirtdik. Firon və əsgərləri zalımcasına və düşməncəsinə onları izlədilər. Nəhayət, Firon boğularkən dedi: “Mən İsrail oğullarının inandığı ilahdan başqa bir ilah olmadığına iman etdim. Mən də müsəlmanlardanam!” (Yunis surəsi, 90)📋
- De: “Kim zəlalət içindədirsə, qoy Rəhman (olan Allah) ona uzun müddət möhlət versin!” Nəhayət, özlərinə vəd olunanı - əzabı, yaxud qiyaməti gördükləri zaman kimin məqamının daha pis, kimin əsgərlərinin (yardımçılarının) daha zəif olduğunu biləcəklər. (Məryəm surəsi, 75)📋
- Biz onlara o torpaqlarda hökmranlıq vermək, Firona, Hamana və ordularına qorxduqları şeyi göstərmək istəyirdik. (Qəsas surəsi, 6)📋
- Beləcə, Fironun ailəsi özlərinə düşmən və başlarına bəla olacaq Musanı (nil çayından) götürdü. Həqiqətən, Firon, Haman və onların əsgərləri səhv yolda idilər. (Qəsas surəsi, 8)📋
- O (Firon) və əsgərləri yer üzündə haqsız yerə təkəbbürlənir və bizə qaytarılmayacaqlarını zənn edirdilər. (Qəsas surəsi, 39)📋
- Buna görə də Biz onu və əsgərlərini yaxalayıb dənizə atdıq. Bax gör, zalımların aqibəti necə oldu! (Qəsas surəsi, 40)📋
- (Bu bütlərin) onlara yardım etməyə gücləri çatmaz. Halbuki onlar özləri bütlər üçün hazır durmuş əsgərlərdir. (Yasin surəsi, 75)📋