GÜLMƏK sözü ilə əlaqəli ayələr
"GÜLMƏK" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Ona görə də qazandıqlarının (günahlarının) cəzası olaraq az gülsünlər, çox ağlasınlar! (Tövbə surəsi, 82)📋
- (İbrahimin) zövcəsi də orada idi və (bunu eşidəndə) güldü. Beləcə, onu (zövcəsi Saranı) İshaqla, İshaqın ardınca da Yaqubla müjdələdik. (Hud surəsi, 71)📋
- Ancaq siz onları məsxərəyə qoyurdunuz. Nəhayət, (bu hərəkətləriniz) Məni anmağı sizə unutdurdu. Siz də onlara gülürdünüz. (Muminun surəsi, 110)📋
- Süleyman onun sözünə gülümsəyib dedi: “Ey Rəbbim! Həm mənə, həm də ata-anama verdiyin nemətə görə şükür etməyim və Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə güc ver! Öz mərhəmətinlə məni saleh bəndələrinin arasına daxil et!” (Nəml surəsi, 19)📋
- Musa möcüzələrimizi onlara göstərdiyi zaman onlar buna gülmüşdülər. (Zuxruf surəsi, 47)📋
- Məryəm oğlu İsa misal çəkildiyi zaman sənin qövmün buna sevinərək gülmüşdü. (Zuxruf surəsi, 57)📋
- Güldürən də, ağladan da Odur. (Nəcm surəsi, 43)📋
- (İstehza ilə) gülürsünüz və (oradakı təhdidlərə görə) ağlamırsınız. (Nəcm surəsi, 60)📋
- Güləcək və sevinəcəkdir. (Əbəsə surəsi, 39)📋
- Həqiqətən, günahkarlar iman edənlərə gülürdülər. (Mutaffifin surəsi, 29)📋
- Artıq bu gün, (axirət günü) möminlər inkar edənlərə gülürlər. (Mutaffifin surəsi, 34)📋