RUH sözü ilə əlaqəli ayələr
"RUH" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz dərhal ona səcdə edin (təzim göstərin)!” (Hicr surəsi, 29)📋
- Allah Öz iradəsi ilə mələkləri vəhylə bəndələrindən dilədiyi kimsəyə göndərib buyurar: “Məndən başqa heç bir ilah olmadığına dair (bəndələrimi) xəbərdar edin və Məndən qorxun!” (Nəhl surəsi, 2)📋
- Sənə Ruhdan soruşarlar; de ki: “Ruh Rəbbimin əmrindəndir, sizə elmdən yalnız az bir bilik verilmişdir.” (İsra surəsi, 85)📋
- Sonra onu müəyyən bir surətə saldı və ona Öz ruhundan üfürdü. O sizin üçün gözlər, qulaqlar və qəlb yaratdı. Nə qədər də az şükür edirsiniz! (Səcdə surəsi, 9)📋
- Onu insan surətinə salıb ona Öz ruhumdan üfürdüyüm zaman dərhal ona səcdə edin!” (Sad surəsi, 72)📋
- Allah iffətini qoruyan İmranın qızı Məryəmi də misal çəkdi. Biz ona Öz ruhumuzdan üfürdük. O da Rəbbinin sözlərini və kitablarını təsdiq edib itaət edənlərdən oldu. (Təhrim surəsi, 12)📋