Ərəbcə olaraq endirilmişdir MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Ərəbcə olaraq endirilmişdir" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Bu, anlayan bir qövm üçün ayələri izah edilmiş ərəbcə oxunan bir kitabdır. (Fussilət surəsi, 3)📋
- Beləliklə, Biz onu ərəbcə bir hökm (qanun) olaraq nazil etdik. Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allaha qarşı nə himayə edən, nə də qoruyan olar. (Rad surəsi, 37)📋
- Başa düşəsiniz deyə Biz onu ərəbcə bir Quran olaraq nazil etdik. (Yusif surəsi, 2)📋