Allahın bəyəndiklərini çirkin görərlər MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Allahın bəyəndiklərini çirkin görərlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- “Həqiqətən, Biz sizə haqqı gətirmişdik, lakin sizin çoxunuz haqqı xoşlamırdı”. (Zuxruf surəsi, 78)📋
- Çünki onlar Allahı qəzəbləndirən şeylərə uydular və Onun razı qaldığı şeyləri bəyənmədilər. Buna görə də Allah onların əməllərini puç etdi. (Məhəmməd surəsi, 28)📋
- Allahın elçisinə qarşı çıxaraq arxada qalanlar (cihada çıxmayıb evdə) oturmalarına sevindilər. Onlar Allah yolunda malları və canları ilə cihad etməkdən xoşlanmadılar və: “İstidə döyüşə çıxmayın!” - dedilər. De: “Cəhənnəm odu daha istidir”. Kaş biləydilər! (Tövbə surəsi, 81)📋