Bütün insanlar yenidən dirildiləcəkdirlər MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Bütün insanlar yenidən dirildiləcəkdirlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onlar belə deyirdilər: “Biz ölüb torpaq və sür-sümük olduqdan sonra təkrar dirildiləcəyik? (Vaqiə surəsi, 47)📋
- Əvvəlki atalarımız da?” (Vaqiə surəsi, 48)📋
- De: “Heç şübhəsiz, əvvəlkilər də, sonrakılar da, (Vaqiə surəsi, 49)📋
- Məlum bir günün (axirət gününün) müəyyən vaxtında toplanacaqlar. (Vaqiə surəsi, 50)📋
- Allah ölüdən dirini, diridən də ölünü çıxardar. Torpaq öldükdən sonra (Allah) ona can verər. Siz də belə çıxardılacaqsınız. (Rum surəsi, 19)📋