Fitnəkardırlar MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Fitnəkardırlar" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Allahla əhd bağladıqdan sonra o əhdi pozan, Allahın birləşdirilməsini əmr etdiklərini kəsən və yer üzündə fitnə-fəsad törədənlər əsil ziyana uğrayanlardır. (Bəqərə surəsi, 27)📋
- Əgər onlar sizinlə birlikdə (cihada) çıxsaydılar, sizin içinizdə mütləq fitnə-fəsadı artırar və nifaq salmaq üçün aranıza girərdilər. Sizin aranızda onlara qulaq asanlar da var. Allah zalımları yaxşı tanıyır. (Tövbə surəsi, 47)📋
- Əgər Yəsribin (Mədinənin) hər tərəfindən onlara hücum edilsəydi, sonra da onlardan fitnə (şirk qoşmaları) tələb olunsaydı, şübhəsiz, bunu edər və azacıq da olsa yubanmazdılar. (Əhzab surəsi, 14)📋
- Həqiqətən, onlar əvvəl də fitnə-fəsad çıxarmaq istəmiş və sənə qarşı hiylələrə əl atmışdılar. Nəhayət, haqq gəldi və onlar istəmədikləri halda Allahın əmri yerinə yetdi. (Tövbə surəsi, 48)📋