Kafirlər üçün son dönüş yeridir MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
    "Kafirlər üçün son dönüş yeridir"  MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
    Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- İnkar edənlər Məni qoyub bəndələrimi özlərinə himayəçi tutacaqlarınımı zənn etdilər? Biz cəhənnəmi inkar edənlər üçün məskən olaraq hazırladıq.
 (Kəhf surəsi, 102)📋
- Ayələrimiz onlara açıq-aydın oxunduğu zaman inkar edənlərin üzlərində bir məmnuniyyətsizlik sezərsən. Az qalsın, onlara ayələrimizi oxuyanların üstünə hücum etsinlər. De ki: “Bundan daha pisini sizə xəbər verimmi? Cəhənnəm! Allah onu inkar edənlər üçün vəd etmişdir. O nə pis dönüş yeridir!”
 (Həcc surəsi, 72)📋
- O, azğınların gedəcəyi yerdir.
 (Nəbə surəsi, 22)📋
    