Namaza diqqət edərlər MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Namaza diqqət edərlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onlar namazı düzgün bir şəkildə qılar və verdiyimiz ruzidən infaq edərlər. (Ənfal surəsi, 3)📋
- Ancaq namaz qılanlar bundan istisnadır. (Məaric surəsi, 22)📋
- O kəslər ki, namazlarını daim qılarlar. (Məaric surəsi, 23)📋
- O kəslər ki, nə ticarət, nə də alış-veriş onları Allahı anmaqdan, namaz qılmaqdan və zəkat verməkdən yayındırar. Onlar qəlbin və gözlərin çevriləcəyi (iztirab çəkəcəyi) bir gündən qorxarlar. (Nur surəsi, 37)📋
- Həqiqətən, möminlər nicat tapmışlar; (Muminun surəsi, 1)📋
- O kəslər ki, namazlarında huşu içindədirlər, (Muminun surəsi, 2)📋
- Namazlara və orta namaza davam edin! Allaha itaətkar bir şəkildə (namaza) durun! (Bəqərə surəsi, 238)📋
- Namazlarında daimdirlər. (Muminun surəsi, 9)📋