Xəbərdarlıq edib qorxudandır MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Xəbərdarlıq edib qorxudandır" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Bu (Quran) insanların xəbərdar edilmələri, Allahın tək bir ilah olduğunu bilmələri və təmiz ağıl sahiblərinin düşünüb öyüd almaları üçün göndərilmiş bir təbliğdir.
(İbrahim surəsi, 52)📋
- Açıq-aydın olan bu Kitaba and olsun ki,
(Duxan surəsi, 2)📋
- Biz onu mübarək bir gecədə (Qədr gecəsində) nazil etdik. Şübhəsiz ki, Biz xəbərdarlıq edirik.
(Duxan surəsi, 3)📋
- O, (Quranı) Öz tərəfindən göndəriləcək şiddətli bir əzaba qarşı (insanları) xəbərdar etmək və yaxşı işlər görən möminləri gözəl bir mükafat ilə müjdələmək üçün doğru bir kitab olaraq nazil etdi.
(Kəhf surəsi, 2)📋
- Beləcə, onu ərəbcə Quran olaraq nazil etdik və onda təhdidləri dəfələrlə izah etdik. Ola bilsin ki, onlar (günahlardan) çəkinələr, yaxud (Quran) onlar üçün bir ibrət olar!
(Taha surəsi, 113)📋