Onlardan əvvəlkilər də (peyğəmbərlərə) hiylə qurmuşdular. Ancaq Allah onların binalarını bünövrəsindən sökdü və tavan yuxarıdan onların üstünə çökdü. Əzab onlara heç ağıllarına gəlməyən bir yerdən gəlmişdi.
(Nəhl surəsi, 26)
Musa Bizim tərəfimizdən onlara haqqı gətirdikdə onlar: “Onunla birlikdə iman gətirənlərin oğullarını öldürün, qadınlarını isə sağ buraxın!” - dedilər. İnkar edənlərin hiyləsi, əlbəttə, boşa çıxar.
(Mömin surəsi, 25)
Rəbbinin fil sahiblərinə nə etdiyini görmədinmi?!
(Fil surəsi, 1)
Allah onların hiyləsini boşa çıxartmadımı?!
(Fil surəsi, 2)
Bu belədir! Şübhəsiz ki, Allah inkar edənlərin hiyləsini zəiflədəndir.
(Ənfal surəsi, 18)
Onlardan əvvəlkilər də (peyğəmbərlərə) hiylə qurmuşdular. Bütün hiylələr Allaha məxsusdur (Allah onların hiylələrini puça çıxarar). O, hər kəsin nə qazandığını bilir. İnkar edənlər də, (dünya) yurdunun (gözəl) aqibətinin kimin olacağını biləcəklər.
(Rad surəsi, 42)