"Möminlərə güvən duyğusu və hüzur verəndir" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Rəhman və Rəhim olan Allahın adı ilə
Əgər siz ona (Peyğəmbərə) yardım etməsəniz, (bilin ki,) kafirlər ikinin ikincisini
(Tövbə surəsi, 40)
Sonra Allah Peyğəmbərə və möminlərə sükunət (rahatlıq və arxayınlıq) verdi. O, sizin görmədiyiniz əsgərlər (mələklər) endirdi və kafirlərə əzab verdi. Kafirlərin cəzası budur!
(Tövbə surəsi, 26)
O zaman Allah Öz dərgahından arxayınlıq olsun deyə sizi mürgülətmişdi. O sizi təmizləmək, şeytanın vəsvəsəsini sizdən uzaqlaşdırmaq, qəlbinizi bir-birinə bağlamaq və (müharibədə) ayaqlarınızı möhkəmləndirmək üçün göydən üstünüzə yağış yağdırırdı.
(Ənfal surəsi, 11)
Möminlərin imanlarını daha da artırmaq üçün onların qəlblərinə mənəvi rahatlıq verən Odur. Göylərin və yerin orduları da Allaha məxsusdur. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Fəth surəsi, 4)
Şübhəsiz ki, möminlər ağacın altında sənə beyət etdiklərində Allah onlardan razı olmuşdur. Allah onların qəlbərində olanı bilmiş, onlara mənəvi rahatlıq vermiş və onları yaxın bir fəth (zəfər) ilə mükafatlandırmışdır.
(Fəth surəsi, 18)