"Möminlər üçün cənnəti yaradandır" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Rəhman və Rəhim olan Allahın adı ilə
(Onlara belə deyiləcək:) “Bu sizin mükafatınızdır. Sizin (dünyadakı) səylərinizin əvəzi verilmişdir”.
(İnsan surəsi, 22)
Biz axirət yurdunu (cənnəti) yer üzündə təkəbbürlənmək və fitnə-fəsad törətmək istəməyənlərə veririk. Gözəl aqibət təqva sahiblərinindir.
(Qəsas surəsi, 83)
Buna görə də Allah onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir.
(İnsan surəsi, 11)
Səbir etdiklərinə görə Allah onları cənnətlə və ipəkdən libaslarla mükafatlandıracaqdır.
(İnsan surəsi, 12)
İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər dərəcə etibarilə Allah dərgahında daha üstündürlər. Əsil uğur qazananlar onlardır.
(Tövbə surəsi, 20)
Rəbbi onları, Öz tərəfindən bir mərhəmət, razılıq və onlar üçün içində bitməz-tükənməz nemətlər olan cənnətlərlə müjdələyir.
(Tövbə surəsi, 21)
Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün nemətləri bol olan cənnətlər vardır.
(Loğman surəsi, 8)