"Namaza diqqət edərlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Rəhman və Rəhim olan Allahın adı ilə
Onlar namazı düzgün bir şəkildə qılar və verdiyimiz ruzidən infaq edərlər.
(Ənfal surəsi, 3)
Ancaq namaz qılanlar bundan istisnadır.
(Məaric surəsi, 22)
O kəslər ki, namazlarını daim qılarlar.
(Məaric surəsi, 23)
O kəslər ki, nə ticarət, nə də alış-veriş onları Allahı anmaqdan, namaz qılmaqdan və zəkat verməkdən yayındırar. Onlar qəlblərin və gözlərin çevriləcəyi (iztirab çəkəcəyi) bir gündən qorxarlar.
(Nur surəsi, 37)