"Həm öz günahları, həm də digər möminlərin günahları üçün bağışlanma diləyərlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Rəhman və Rəhim olan Allahın adı ilə
Bil ki, Allahdan başqa heç bir ilah yoxdur. Həm öz günahlarının, həm də mömin kişi və qadınların günahlarının bağışlanmasını dilə! Allah gəzib dolaşdığınız yeri də, (gecə) qaldığınız yeri də bilir.
(Məhəmməd surəsi, 19)
Onlardan sonra gələnlər isə: “Ey Rəbbimiz, bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla! İman gətirənlərə qarşı qəlbimizdə heç bir kin-küdurətə yer vermə! Ey Rəbbimiz, həqiqətən, Sən şəfqətlisən, mərhəmətlisən!” - deyərlər.
(Həşr surəsi, 10)