O, göylərdə və yerdə olan hər şeyi bilir. Gizlədiklərinizi də, aşkar etdiklərinizi də bilir. Allah qəlbdə olanları biləndir.
(Təğabun surəsi, 4)
Həqiqətən, (Peyğəmbərin xanımına) iftira atanlar sizin içinizdən bir qrupdur. Bunu özünüz üçün pis bir şey hesab etməyin! Əksinə, o sizin üçün xeyirlidir. Onlardan hər biri qazandığı günahın cəzasını çəkəcəkdir. Onlardan günahın böyüyünü yüklənənə gəlincə, onun üçün böyük bir əzab vardır.
(Nur surəsi, 11)