"Möminlərin yanılma içində olduqları qənaətindədirlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Rəhman və Rəhim olan Allahın adı ilə
Onlara: “İnsanlar iman gətirdiyi kimi siz də iman gətirin!” - deyildiyi zaman: “Biz də səfehlər kimi iman gətirək?” - dedilər. Bilin ki, səfehlər onların özləridir. Lakin bunu bilmirlər.
(Bəqərə surəsi, 13)
O zaman münafiqlər və ürəklərində xəstəlik olanlar (sizin haqqınızda): “Bunları, öz dinləri aldatdı”, - deyirdilər. Kim Allaha təvəkkül edərsə, şübhəsiz, Allah qüdrətlidir, hikmət sahibidir.
(Ənfal surəsi, 49)
Kaş mələklər üzlərinə və arxalarına vurub: “Dadın yandırıcı cəhənnəm əzabını!” - deyərək inkar edənlərin canlarını alarkən onları görəydin!
(Ənfal surəsi, 50)
Bu, etdiyiniz əməllərə görədir. Şübhəsiz ki, Allah bəndələrinə zülm edən deyildir.
(Ənfal surəsi, 51)