"Allah onların vəziyyətlərini mütləq ortaya çıxarar" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Rəhman və Rəhim olan Allahın adı ilə
Yoxsa qəlblərində xəstəlik olanlar (münafiqlər) Allahın onların kinlərini üzə çıxartmayacağınımı zənn etdilər?
(Məhəmməd surəsi, 29)
İki ordunun üz-üzə gəldiyi gün sizin başınıza gələn fəlakət də yalnız Allahın izni ilə oldu ki, möminləri ayırd etsin
(Ali İmran surəsi, 166)
Və münafiqləri bəlli etsin. Onlara: “Gəlin, Allah yolunda vuruşun, yaxud müdafiədə olun!” – deyildiyi zaman onlar belə dedilər: “Əgər vuruşmağı bilsəydik, əlbəttə, sizin arxanızca gələrdik”. Onlar o gün imandan çox küfrə yaxındılar. Qəlblərində olmayan bir şeyi ağızları ilə söyləyirlər. Halbuki, Allah onların (qəlblərində) gizlətdikləri şeyi daha yaxşı bilir.
(Ali İmran surəsi, 167)