Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Ancaq kafirlərin xoşuna gəlməsə də, Allah əsla Öz nurunu tamamlamaqdan geri durmaz.
(Tövbə surəsi, 32)
Kafirlər: “Bu Quranı dinləməyin! O oxunarkən səs-küy salın ki, bəlkə səsinizlə onu üstələyəsiniz”, - dedilər.
(Fussilət surəsi, 26)
Ayələrimiz onlara açıq-aydın oxunduğu zaman kafirlərin üzlərində bir məmnuniyyətsizlik sezərsən. Az qalsın, onlara ayələrimizi oxuyanların üstünə hücum etsinlər. De ki: “Bundan daha pisini sizə xəbər verimmi? Cəhənnəm! Allah onu kafirlər üçün vəd etmişdir. O nə pis dönüş yeridir!”
(Həcc surəsi, 72)
Onu (Quranı) anlamamaları üçün də onların qəlblərinə örtük çəkdik, qulaqlarına da ağırlıq (karlıq) verdik. Sən Quranda Rəbbinin birliyini andığın zaman onlar uzaqlaşaraq arxalarını dönüb gedərlər.
(İsra surəsi, 46)
Allah tək olduğu (vəhdaniyyəti) anıldığı zaman axirətə inanmayanların qəlbləri nifrətlə dolar. Lakin Ondan başqaları anıldığı zaman onlar dərhal sevinərlər.
(Zumər surəsi, 45)
O (kafirlər) ki, gözləri pərdəli olduğu üçün Məni anmır və (haqqı) eşidə bilmirdilər.
(Kəhf surəsi, 101)
Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman az qala səni gözləri ilə yıxalar (gözə gətirələr). Onlar: “O divanədir!” - deyirlər.
(Qələm surəsi, 51)