"İnkarçıları dost edirlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Rəhman və Rəhim olan Allahın adı ilə
Onlardan çoxunun kafirlərlə dostluq etdiyini görərsən. Nəfslərinin onlar üçün hazırladığı necə pis bir şeydir ki, Allahın onlara qəzəbi tutmuşdur. Onlar əbədi olaraq əzab içində qalacaqlar.
(Maidə surəsi, 80)
Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil edilənə iman gətirsəydilər, onları (kafirləri) özlərinə dost tutmazdılar. Lakin onlardan çoxu (haqq yoldan çıxmış) fasiqlərdir.
(Maidə surəsi, 81)