Məhz küfrlərinə görə lənətlənmişdirlər MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Məhz küfrlərinə görə lənətlənmişdirlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onlar belə dedilər: “Bizim qəlbimiz örtülüdür (qapalıdır)”. Xeyr, Allah küfrlərinə görə onları lənətləmişdir. Buna görə də onların yalnız az bir qismi iman edər.
(Bəqərə surəsi, 88)📋
- Onlar Allahın lənət etdiyi kimsələrdir. Allahın lənət etdiyi kimsəyə heç bir köməkçi tapa bilməzsən!
(Nisa surəsi, 52)📋
- Yəhudilərin bir qismi sözlərin yerini dəyişdirir və dillərini əyib-büzərək dinə tənə vurmaq məqsədilə: “Eşitdik və qarşı çıxdıq! Eşit! Eşitməz olasan! “Raina!” (Bizə qayğı göstər!) - deyirlər. Əgər onlar: “Dinlədik və itaət etdik. Dinlə və bizə bax!” - desəydilər, şübhəsiz ki, bu onlar üçün daha yaxşı və daha doğru olardı. Lakin küfrləri səbəbilə Allah onlara lənət etmişdir. Az bir hissəsi istisna olmaqla, onlar iman etməzlər.
(Nisa surəsi, 46)📋