"Divarlarla əhatə olunur" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Rəhman və Rəhim olan Allahın adı ilə
O gün münafiq kişi və qadınlar iman gətirənlərə: “Bizi gözləyin ki, nurunuzdan bir az alaq!” - deyəcəklər. Onlara: “Geri qayıdın və özünüzə nur axtarın!” - deyiləcəkdir. Nəhayət, onların arasına qapısı olan bir sədd çəkiləcəkdir ki, onun içəri tərəfi mərhəmət, çöl tərəfi isə əzabdır.
(Hədid surəsi, 13)