Onlar: “Bizə haqqı gətirmisən, yoxsa (bizimlə) oyun oynayırsan?” - demişdilər.
(Ənbiya surəsi, 55)
İbrahim isə belə demişdi: “Xeyr! Rəbbiniz, yaratdığı göylərin və yerin Rəbbidir. Mən də buna şahidlik edənlərdənəm.
(Ənbiya surəsi, 56)
O (müttəqilər) ki, görmədikləri halda Rəbbindən qorxar və qiyamətdən çəkinərlər.
(Ənbiya surəsi, 49)
Bu (Quran) da nazil etdiyimiz mübarək bir öyüddür. İndi siz onu inkarmı edirsiniz?
(Ənbiya surəsi, 50)
Allahın iman gətirib yaxşı işlər görən bəndələrinə verdiyi müjdə budur. De: “Bunun müqabilində sizdən qohumluq sevgisindən başqa heç bir əvəz istəmirəm”. Kim yaxşı bir iş görərsə, orada onun yaxşılığını (savabını) artırarıq. Şübhəsiz ki, Allah bağışlayandır, şükrün mükafatını verəndir.
(Şura surəsi, 23)
Yoxsa onlar: “O, Allaha qarşı yalan uydurdu”, - deyirlər? Əgər Allah istəsə, sənin qəlbini möhürləyər, batili yox edər və haqqı Öz sözləri ilə gerçəkləşdirər. Şübhəsiz ki, O, qəlbdə olanları bilir.
(Şura surəsi, 24)
Şübhəsiz ki, Allah ağcaqanadı və (kiçiklikdə və ya böyüklükdə) ondan da üstününü misal verməkdən çəkinməz. İman gətirənlər onun Rəbbindən gələn bir həqiqət olduğunu bilirlər. inkar edənlər isə: “Allah bu misalı verərək nə demək istəyir?” - deyirlər. Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salar, bir çoxlarını da hidayətə yönəldər. O, bununla yalnız fasiqləri zəlalətə salar.
(Bəqərə surəsi, 26)