"Allah cin, tayfalarını da xidmətinə verə bilər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Rəhman və Rəhim olan Allahın adı ilə
Süleyman quşları nəzərdən keçirib dedi: “Hüdhüdü (şanapipiyi) nə üçün görmürəm? Yoxsa o yoxdurmu?
(Nəml surəsi, 20)
Onu şiddətli bir şəkildə cəzalandıracağam və ya kəsəcəyəm, yaxud da o mənə (olmamağının səbəbini göstərən) açıq bir dəlil gətirəcək!”
(Nəml surəsi, 21)
Çox keçmədən (hüdhüd gəlib) dedi: “Sənin bilmədiyin bir şey öyrəndim. Səbədən sənə dəqiq bir xəbər gətirmişəm.
(Nəml surəsi, 22)
Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət ordusu toplandı. Onlar nizamla düzülüb gedirdilər.
(Nəml surəsi, 17)