"Möminlər peyğəmbərə qarşı son dərəcə hörmətcil və itaətlidir" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Rəhman və Rəhim olan Allahın adı ilə
Allaha və Rəsuluna iman gətirəsiniz, ona yardım edib hörmət göstərəsiniz və səhər-axşam Allahı təsbeh edəsiniz.
(Fəth surəsi, 9)
Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirmiş kimsələrdir. Onlar ümumi bir iş üçün onunla (Peyğəmbərlə) birlikdə ikən, ondan icazə almadan (başqa bir yerə) getməzlər. (Ey Peyğəmbər!) Həqiqətən, səndən icazə istəyənlər Allaha və Onun Peyğəmbərinə inanmış kimsələrdir. Əgər bəzi işləri üçün səndən icazə istəsələr, onlardan istədiyinə icazə ver və onlar üçün Allahdan məğfirət dilə! Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
(Nur surəsi, 62)