"Möminlərin onun verdiyi qərarlara qəlbən və qeyd-şərtsiz təslim olmaları lazımdır" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Rəhman və Rəhim olan Allahın adı ilə
Xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarındakı ixtilaflar barəsində səni hakim təyin edib, sonra da verdiyin hökmə görə içlərində bir sıxıntı hiss etməyib tam bir təslimiyyətlə təslim olmayınca, iman gətirmiş olmazlar!
(Nisa surəsi, 65)
Allahın onların mallarından Peyğəmbərinə verdiyi qənimətlər üçün siz nə at, nə də dəvə sürdünüz. Lakin Allah peyğəmbərlərini istədiyi kimsələrin üstünə göndərər. Allah hər şeyə qadirdir.
(Həşr surəsi, 6)
Allahın (fəth edilən) məmləkətlərin xalqından Peyğəmbərinə verdiyi qənimətlər sizdən zəngin olanlar arasındakı bir sərvətə çevrilməsin deyə Allaha, Peyğəmbərə, qohumlarına, yetimlərə, yoxsullara və yolda qalmış yolçulara məxsusdur. Peyğəmbər sizə nə verirsə, onu alın, nəyi də qadağan edirsə, ondan uzaq durun! Allahdan qorxun! Şübhəsiz ki, Allahın cəzalandırması şiddətlidir.
(Həşr surəsi, 7)
Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldiyi zaman onu yayarlar. Əgər bunu Peyğəmbərə və aralarındakı ixtiyar sahiblərinə demiş olsaydılar, onların içindən onun mahiyyətini anlayan kimsələr (onun nə olduğunu) bilərdilər. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, şübhəsiz ki, az bir qisminiz istisna olmaqla, şeytana uyacaqdınız.
(Nisa surəsi, 83)