"Peyğəmbərə itaət edənlərin və onu dəstəkləyənlərin görəcəkləri qarşılıq" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Rəhman və Rəhim olan Allahın adı ilə
Ey Adəm övladları! Sizə içinizdən ayələrimi oxuyan peyğəmbərlər gəldiyi zaman kim (onlara qarşı çıxmaqdan) çəkinər və özünü islah edərsə, onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.
(Əraf surəsi, 35)
Mədinəlilərə və onların ətrafındakı bədəvi ərəblərə Allahın Peyğəmbərindən geri qalmaq və onun canından əvvəl öz canlarını düşünmələri yaraşmaz. Bu, onların Allah yolunda susuzluğa, yorğunluğa və aclığa düçar olmaları, inkar edənləri qəzəbləndirəcək bir yerə ayaq basmaları və düşmənə qarşı zəfər qazanmalarının özlərinə yaxşı bir əməl kimi yazılması üçündür. Şübhəsiz ki, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz.
(Tövbə surəsi, 120)
Şübhəsiz, Allah Rəsulunun yanında astadan danışanlar Allahın qəlbini təqva üçün sınağa çəkdiyi kimsələrdir. Onlar üçün bağışlanma və böyük bir mükafat vardır.
(Hucurat surəsi, 3)
Namazı qılın, zəkatı verin və Peyğəmbərə itaət edin ki, sizə rəhm olunsun!
(Nur surəsi, 56)
Aralarında hökm verməsi üçün Allaha və Rəsuluna çağırıldıqları zaman möminlərin sözü ancaq: “Eşitdik və itaət etdik!” - demələridir. Nicat tapanlar məhz onlardır!
(Nur surəsi, 51)
Kim Allaha və Onun Peyğəmbərinə itaət edər və Allahdan qorxub çəkinərsə, onlar əsil uğur qazananlardır.
(Nur surəsi, 52)
Bunlar Allahın (qoymuş olduğu) sərhədləridir. Kim Allaha və Onun Peyğəmbərinə itaət edərsə, (Allah) onu, (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil edəcəkdir. Bax, böyük uğur budur!
(Nisa surəsi, 13)
Allah pisi yaxşıdan ayırana qədər, möminləri, (indi) olduğunuz vəziyyətdə qoyası deyil. Allah sizə qeybi də bildirən deyildir. Lakin Allah, Öz peyğəmbərlərindən dilədiyi kimsəni seçər. Elə isə Allaha və Onun peyğəmbərlərinə iman gətirin! Əgər iman gətirib müttəqi olsanız, sizin üçün böyük bir mükafat vardır.
(Ali İmran surəsi, 179)
Allah iman gətirib yaxşı işlər görənləri qaranlıqlardan aydınlığa çıxartmaq üçün açıq-aydın ayələrini sizə oxuyan bir peyğəmbər göndərmişdir. Kim Allaha iman gətirib yaxşı işlər görərsə, Allah onu (ağacları) altından çaylar axan və əbədi qalacağı cənnətlərə daxil edəcəkdir. Allah ona gözəl bir ruzi vermişdir.
(Talaq surəsi, 11)
Əllərindəki Tövratda və İncildə (əlamətlərinin) yazıldığını gördükləri ümmi peyğəmbər olan rəsula tabe olanlara o peyğəmbər yaxşılığı əmr edər, pis işləri qadağan edər, təmiz nemətləri halal edər, murdar şeyləri isə haram edər. Onların ağır yükünü və üstlərindəki qandalları götürər. O kəslər ki, Peyğəmbərə iman gətirər, ona hörmət göstərər, yardım edər və onunla birlikdə endirilən nura (Qurana) tabe olarlar, onlar əsil nicat tapanlardır!
(Əraf surəsi, 157)
Allaha və Peyğəmbərə itaət edin ki, bəlkə sizə rəhm olunsun!
(Ali İmran surəsi, 132)
Ey iman gətirənlər! Allahdan qorxun və Peyğəmbərinə iman gətirin ki, O sizə Öz rəhmətindən iki pay versin, sizin üçün işığında yeriyəcəyiniz bir nur yaratsın və sizi bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir.
(Hədid surəsi, 28)