"Peyğəmbərə baş qaldıranları və ona döyüş edənlərin görəcəkləri qarşılıq" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Rəhman və Rəhim olan Allahın adı ilə
Rəbbinin və Onun Peyğəmbərinin əmrindən çıxmış neçə-neçə məmləkəti şiddətli bir şəkildə haqq-hesaba çəkib dəhşətli bir əzaba düçar etdik.
(Talaq surəsi, 8)
Onların (münafiqlərin) arasında: “O, hər deyilənə qulaq asandır!” - deyərək Peyğəmbəri incidənlər də var. De ki: “O, sizin üçün xeyirli olana qulaq asandır. O, Allaha iman gətirir, möminlərə inanır və O, sizdən iman gətirənlər üçün bir rəhmətdir”. Allahın Peyğəmbərinə əziyyət verən kimsələr üçün acı bir əzab vardır.
(Tövbə surəsi, 61)
Peyğəmbəri öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın! Şübhəsiz ki, sizin içinizdən (icazəsiz) xəlvətcə aradan çıxanları Allah bilir. Buna görə də Onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud acı bir əzaba düçar olmaqdan çəkinsinlər!
(Nur surəsi, 63)
Sonra bir-birinin ardınca peyğəmbərlərimizi göndərdik. Hər dəfə bir ümmətə peyğəmbəri gəldiyi zaman onu yalanladılar. Biz də onları bir-birinin ardınca məhv edib ibrətamiz hadisələrə çevirdik. İman gətirməyən bir qövm (Allahın mərhəmətindən) uzaq olsun!
(Muminun surəsi, 44)
Heç şübhəsiz, səndən əvvəlki peyğəmbərlərə də istehza edilmişdi. Ancaq istehza etdikləri (əzab) istehza edənləri bürüdü (və onları məhv etdi).
(Ənbiya surəsi, 41)
Gizli söhbət etmələri qadağan edildikdən sonra təkrar qadağan edilən işlərə geri dönərək günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə öz aralarında gizlicə pıçıldaşanları görmədinmi? Onlar sənin yanına gəldikləri zaman Allahın səni salamlamadığı kimi səni salamlayır və ürəklərində: “Allah dediklərimizə görə bizə əzab verməli deyildimi?” - deyirlər. Girəcəkləri cəhənnəm onlara yetər. O nə pis bir qayıdış yeridir!
(Mücadilə surəsi, 8)
Bu, Allaha və Peyğəmbərinə qarşı çıxmalarına görədir. Kim Allaha qarşı çıxarsa, bilsin ki, Allahın cəzalandırması şiddətlidir.
(Həşr surəsi, 4)
Şübhəsiz, Allaha və Peyğəmbərinə qarşı çıxanlar onlardan əvvəlkilərin alçaldıldığı kimi alçaldılacaqlar. Biz açıq-aydın ayələr nazil etmişik. inkar edənlər üçün alçaldıcı bir əzab vardır.
(Mücadilə surəsi, 5)
Kim Allaha və Onun Peyğəmbərinə üsyan edər və Onun (Allahın qoymuş olduğu) sərhədlərini aşarsa, (Allah) onu içində əbədi qalacağı cəhənnəmə daxil edəcəkdir. (Orada) onun üçün alçaldıcı bir əzab vardır.
(Nisa surəsi, 14)