"Namazlara davam etmək" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Rəhman və Rəhim olan Allahın adı ilə
Namazlara və orta namaza (əsr namazına) davam edin! Allaha itaətkar bir şəkildə (namaza) durun!
(Bəqərə surəsi, 238)
Ailənə namaz qılmağı əmr et! Özün də namaza səbirlə davam et! Biz səndən ruzi istəmirik, sənə ruzi veririk. Gözəl aqibət təqva əhlinindir.
(Taha surəsi, 132)