"Möminlərin nəfslərini öz nəfsindən üstün tutmaq" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Rəhman və Rəhim olan Allahın adı ilə
Onlardan əvvəl (Mədinədə) məskən salmış və iman qəlblərinə yerləşmiş kimsələr (ənsar) hicrət edərək yanlarına gələnləri sevərlər. Onlara verilənlərə görə qəlblərində bir həsəd duyğusu hiss etməz və özləri ehtiyac içində olsalar belə, (hicrət edənləri) özlərindən üstün tutarlar. Kim nəfsinin xəsisliyindən qorunarsa, onlar əsil nicat tapanlardır.
(Həşr surəsi, 9)