"Yalnız Allahdan qorxmaq" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Rəhman və Rəhim olan Allahın adı ilə
Ey iman gətirənlər! Allahdan qorxun və Peyğəmbərinə iman gətirin ki, O sizə Öz rəhmətindən iki pay versin, sizin üçün işığında yeriyəcəyiniz bir nur yaratsın və sizi bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir.
(Hədid surəsi, 28)
O Şeytan sizi yalnız öz dostları ilə qorxuda bilər. Elə isə, əgər iman gətirmiş kimsələrsinizsə, onlardan qorxmayın, Məndən qorxun!
(Ali İmran surəsi, 175)
Sizin əlinizdəkini təsdiqləyici olaraq göndərdiyimə (Qurana) iman gətirin və onu ilk inkar edən siz olmayın! Mənim ayələrimi dəyər-dəyməzinə satmayın və yalnız Məndən qorxun!
(Bəqərə surəsi, 41)
Ey insanlar! Sizi tək bir nəfsdən (Adəmdən) yaradıb, ondan zövcəsini (Həvvanı) xəlq edən və o ikisindən də bir çox kişilər və qadınlar törədən Rəbbinizdən qorxun! Bir-birinizdən (bir şey) istədiyiniz zaman adından istifadə etdiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir.
(Nisa surəsi, 1)
Allahın sizə olan nemətini və: “Eşitdik və itaət etdik!” - dediyiniz zaman sizinlə bağladığı əhdi xatırlayın! Allahdan qorxun! Şübhəsiz, Allah ürəklərdə olanları biləndir.
(Maidə surəsi, 7)