Əlif, Lam, Ra! (Bu Quran) hikmət sahibi və hər şeydən xəbərdar olan Allah tərəfindən ayələri möhkəmləndirilmiş, sonra da izah edilmiş bir kitabdır.
(Hud surəsi, 1)
Bu ona görədir ki, Allahdan başqasına ibadət etməyəsiniz. Mən Onun tərəfindən sizi xəbərdar etmək və müjdələmək üçün göndərilmişəm.
(Hud surəsi, 2)
O kəslər ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə iman gətirir, axirətə də şəksiz-şübhəsiz inanırlar.
(Bəqərə surəsi, 4)