Səndən içki və qumar haqqında soruşurlar. De: “Onlarda həm böyük günah, həm də insanlar üçün müəyyən faydalar vardır. Günahları isə faydalarından daha böyükdür”. Bir də səndən nə infaq edəcəklərini soruşurlar. De ki: “Ehtiyacınızdan artıq qalanını!” Allah ayələri sizə bu cür bəyan edir ki, bəlkə, düşünəsiniz.
(Bəqərə surəsi, 219)
Ey iman gətirənlər! Həqiqətən, içki, qumar, bütlər və fal oxları şeytan əməli olan murdar şeylərdir. Bunlardan uzaq durun ki, bəlkə nicat tapasınız!
(Maidə surəsi, 90)
Şübhəsiz ki, şeytan içki və qumarla aranıza düşmənçilik və kin salmaq, sizi Allahı anmaqdan və namaz qılmaqdan uzaqlaşdırmaq istəyir. Artıq (bunlara) son qoyacaqsınızmı?
(Maidə surəsi, 91)