"İman gətirdikdən sonra küfrə düşməmək" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Rəhman və Rəhim olan Allahın adı ilə
Möminlər o kəslərdir ki, Allaha və Peyğəmbərinə iman gətirər, sonra da bundan əsla şübhəyə düşməz və Allah yolunda malları və canları ilə cihad edərlər. Məhz onlar sadiq olanlardır.
(Hucurat surəsi, 15)
Üzr istəməyin! Siz iman gətirdikdən sonra (təkrar) inkar edən oldunuz. Sizdən (tövbə edən) bir qrupu bağışlasaq belə, bir qrupu da günahkar olduqlarına görə cəzalandıracağıq”.
(Tövbə surəsi, 66)