"Əhli Kitabdan olan kafirləri dost etməmək" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Rəhman və Rəhim olan Allahın adı ilə
Kitab əhlindən bir çoxu həqiqət özlərinə bəlli olduqdan sonra da həsədləri səbəbilə imanınızdan sonra sizi küfrə qaytarmaq istəyər. Elə isə, Allah Öz əmrini göndərənə qədər (onları) əfv edin və qınamayın! Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
(Bəqərə surəsi, 109)
Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilənlərdən və kafirlərdən dininizi lağa qoyan və ona oyun-əyləncə kimi baxan kimsələrlə dostluq etməyin! Əgər möminsinizsə, Allahdan qorxun!
(Maidə surəsi, 57)