Z
Zalım: Çox zalım, haqsızlığa çox meylli. Allaha və qullara qarşı məsuliyyətlərini lazımi kimi yerinə yetirməyən.
Zamin: Öhdəsinə zaminlik götürən, zəmanət verən adam. Şahid, güdən, qoruyucu, mutazammın, himayəçi.
Zəbani: Cəhənnəmdə olan əzab mələkləri.
Zəbur: Hərfi mənası böyük dəmir parçası. İçində öyüd, hikmət və hökm olan kitab. Şəriətlər və öhdəliklər kitabı. Həmd, tərif və öyüd kitabı. Hz. Davud (ə.s.)-a endirilmiş kitab.
Zəfər (fevz): Qurtuluş və xoşbəxtlik. Çoxluq içində getmə, böyük bir bolluğa qovuşmaq, zəfərə və sağlamlığa çatmaq.
Zəif: Güc və qüvvətin əksi. Zəiflik. Ruhi, əqli və fiziki gücsüzlük. İnsanın zəif yaradılması, müxtəlif ehtiyaclarını qarşılamadan yaşaya bilməməsi şəklində açıqlanmışdır.
Zəkat: Təzkiyə ilə eyni kökdən gəlir. Pislikdən təmizlənmə, bir gözəl təmizlənmə. Təthir. Maddi gücü çatanların yoxsullara verdikləri maddi dəyər. Kasıblara verilməsi lazımlı olan Allaha aid bir haqq. Dövlət vergisi. Artma, artım. Allahdan bir bərəkət olaraq səmərə və inkişaf. İslamın təməl şərtlərindən, əsaslarından biri.
Zəqqum: Tihamədə bitən kiçik yarpaqlı, dadı acı və qoxusu olduqca pis bir ağac. Quranda cəhənnəm təsvirlərində keçən zəhərli və acı bir ağac.
Zəllə: Ayağın istəməyərək sürüşməsi. Yanılmaq, unutma və ya səhv etmək, səhv.
Zənn: Qəti məlumata əsaslanan şey. Qorxu və yanlış fikir. Həqiqi olaraq bilinən, lakin əslində həqiqət olmayan şey. Səhv məlumat və ya təxmin.
Zıhar: Cahil cəmiyyət dövründə kişinin arvadını “Sən artıq mənə anam kimisən” deyərək, and içib onu özünə qadağan etməsi. Qadının boşanmış sayılmadığı, lakin əbədi tərk edildiyi hökmü İslam kəffarə cəzası ilə islah etmiş və qadınların evlilik haqqlarını təmin etmişdir.
Zikr: Xatırlama. Öyüd. Düşünmə, öyünmək, üstün şərəf. Quranda, Lövhi-Məhfuz. Qurani-Kərim.
Zulumat: Nurun və işıqlığın əksi. Zülmət. Quranda, cəhalət, şirk və fısq içində həyat tərzi. Xarici qaranlıq.
Zur: Çətin. Batil, yalan və çirkin. Əsli, həqiqətə əsaslanmayan. İfadə və şərh. Yalan şahidlik.
Zühd: Az şey. Bir şeyə dəyər verməmək. Dünya gözəlliklərinə və cazibədarlığına əhəmiyyət verməmək.
Zülm: Qaranlıq. Bir şeyi olması lazımi bir yerə qoymamaq. Haqsızlıq. İncitmək. Ədalətin əksi. Quranda küfr və şirk. Cəhalət, nankorluq, günahların yaxşılıqlardan olduqca çox olma vəziyyəti. İctimai təzyiq, tiranlıq. Qanuni sərhədləri və haqqları aşmaq, yox saymaq.