İMRAN sözü ilə əlaqəli ayələr
"İMRAN" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Həqiqətən, Allah Adəmi, Nuhu və İbrahim ilə İmran ailəsini aləmlərə (insanlara) üstün etdi.
(Ali İmran surəsi, 33)📋
- O zaman İmranın arvadı dedi: "Ey Rəbbim, mən qarnımda olanı hər cür dünyəvi istəklərdən uzaq olaraq Sənə həsr etdim. Onu məndən qəbul et. Həqiqətən, Sən eşidənsən, bilənsən!"
(Ali İmran surəsi, 35)📋
- Allah iffətini qoruyan İmranın qızı Məryəmi də misal çəkdi. Biz ona Öz ruhumuzdan üfürdük. O da Rəbbinin sözlərini və kitablarını təsdiq edib itaət edənlərdən oldu.
(Təhrim surəsi, 12
)📋