"İNAD ETMƏK"
SÖZÜ İLƏ ƏLAQƏLİ AYƏLƏR
Rəhman və Rəhim olan Allahın adı ilə
Bu da Ad qövmüdür! Onlar Rəbbinin ayələrini inkar edib Onun peyğəmbərlərinə asi oldular və hər inadkar müstəbidin əmrinə uydular. (
Hud surəsi
, 59)
(Peyğəmbərlər Allahdan) zəfər istədilər. Hər bir təkəbbürlü inadkar isə ziyana uğradı. (
İbrahim surəsi
, 15)
(Mələklərə belə əmr veriləcək:) Hər inadkar inkar edəni cəhənnəmə atın! (
Qaf surəsi
, 24)
Yaxud Allah ruzini kəsərsə, kim sizə ruzi verəcək? Xeyr! Onlar azğınlığa və (haqqa) nifrət etməyə davam edirlər. (
Mülk surəsi
, 21)
Xeyr! Həqiqətən, o, ayələrimizə qarşı çox inadkardır. (
Müddəssir surəsi
, 16 )
Əsas Səhifə