Tövratın göndərilməsindən əvvəl İsrailin (Yaqub peyğəmbərin) özünə haram etdiyi şeylər istisna olmaqla, hər növ yeməklər İsrail oğullarına halal idi. De: “Əgər doğru söyləyirsinizsə, Tövratı gətirin və oxuyun!”
(Ali İmran surəsi, 93)
Onlar Allahın nemət verdiyi peyğəmbərlərdən, Adəmin nəslindən, Nuhla birlikdə (gəmidə) daşıdıqlarımızın nəslindən, İbrahim və İsrailin (Yaqubun) nəslindən və seçib haqq yola yönəltdiyimiz kimsələrdəndirlər. Onlara Rəhmanın (Allahın) ayələri oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar.
(Məryəm surəsi, 58
)