ŞƏRAB sözü ilə əlaqəli ayələr
"ŞƏRAB" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onunla birlikdə iki gənc də zindana girdi. Onlardan biri: “Mən (yuxuda) şərab sıxdığımı gördüm”, - dedi. Digəri isə: “Mən başımın üstündə bir çörək apardığımı gördüm. Quşlar da o çörəkdən yeyirdilər. Bunun yozumunu bizə xəbər ver! Həqiqətən, biz sənin xeyirxahlardan olduğunu görürük”, - dedi.
(Yusif surəsi, 36)📋
- Ey zindan yoldaşlarım! (Yuxunuzun yozumuna gəldikdə,) Sizdən biriniz yenə ağasına şərab içirdəcək, digəri isə asılacaq və quşlar onun başını yeyəcəklər. Soruşduğunuz məsələ barəsində hökm verilmişdir”.
(Yusif surəsi, 41)📋
- Onlar orada taxtlara söykənib oturacaq, bir çox meyvələrdən və içkilərdən istəyəcəklər.
(Sad surəsi, 51)📋
- Müttəqilərə vəd olunan cənnət belədir: orada xarab olmayan sudan, dadı dəyişməyən süddən, içənlərə ləzzət verən şərabdan və süzmə baldan çaylar vardır. Orada onlar üçün hər cür meyvə və Rəbbi tərəfindən məğfirət vardır. Elə isə o kimsə cəhənnəmdə əbədi qalan və qaynar su içirdilib bağırsaqları parçalanan biri kimi ola bilərmi?!
(Məhəmməd surəsi, 15)📋
- Onlara möhürlü qablardakı xalis şərabdan içirdiləcəkdir.
(Mutaffifin surəsi, 25
)📋