ŞANAPİPİK sözü ilə əlaqəli ayələr
"ŞANAPİPİK" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Süleyman quşları nəzərdən keçirib dedi: “Hüdhüdü nə üçün görmürəm? Yoxsa o qeyb olanlardan mı oldu? (Nəml surəsi, 20)📋
- Onu şiddətli bir şəkildə cəzalandıracağam və ya kəsəcəyəm, yaxud da o mənə (olmamağının səbəbini göstərən) açıq bir dəlil gətirəcək!” (Nəml surəsi, 21)📋
- Çox keçmədən (hüdhüd gəlib) dedi: “Sənin bilmədiyin bir şey öyrəndim. Səbədən sənə dəqiq bir xəbər gətirmişəm. (Nəml surəsi, 22)📋
- Mən onlara hökmdarlıq edən bir qadın gördüm. Ona hər şey verilib, bir də böyük bir taxtı var. (Nəml surəsi, 23)📋
- Onun və qövmünün Allahı qoyub günəşə səcdə etdiklərini gördüm. Şeytan əməllərini özlərinə gözəl göstərib onları haqq yoldan döndərmişdir. Buna görə də onlar haqq yolu tapa bilmirlər. (Nəml surəsi, 24)📋
- Göylərdə və yerdə gizli olanı aşkar edən və həm gizlində, həm də aşkarda etdiklərini bilən Allaha səcdə etməmələri üçün (şeytan belə etmişdir). (Nəml surəsi, 25)📋
- Mənim bu məktubumu apar və onlara at! Sonra da bir kənara çəkil və bax gör nə cavab verəcəklər!” (Nəml surəsi, 28)📋
- (Səba hökmdarı Bəlqis) dedi: “Ey əyanlar! Mənə mühüm bir məktub atıldı. (Nəml surəsi, 29)📋