Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Mədyən qövmünə də qardaşları Şüeybi (elçi) göndərdik. O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. Sizə Rəbbinizdən açıq-aşkar bir dəlil gəlmişdir. Elə isə ölçüdə və tərəzidə düzgünlüyə riayət edin! İnsanların mallarını əskik verməyin! İslah edildikdən sonra yer üzündə fitnə-fəsad törətməyin! Əgər iman etmişsinizsə, bu sizin üçün daha xeyirlidir.
(Əraf surəsi, 85)
(Tura gedən) Musanın ardınca qövmü zinət əşyalarından (düzəltdikləri) və böyürtüsü olan bir buzov heykəlini özlərinə (ilah) qəbul etdilər. Görmədilərmi ki, o (buzov) nə onlarla danışır, nə də onlara yol göstərə bilir?! Onu özlərinə (ilah) qəbul edərək zalım kimsələr oldular.
(Əraf surəsi, 148)
Ey qövmüm, ölçüdə və çəkidə ədalətə riayət edin, insanların əşyalarını əskik verməyin və yer üzündə fitnə-fəsad törədərək pis işlər görməyin!
(Hud surəsi, 85)
Onlar dedilər: “Ay ata! Biz bir-birimizlə yarışmaq üçün (uzağa) getmişdik. Yusifi də əşyalarımızın yanında qoymuşduq. Bir də gördük ki, qurd onu yeyib. Biz doğru söyləsək də, sən bizə inanmayacaqsan”.
(Yusif surəsi, 17)
Yusif dedi: “Əşyamızı tapdığımız şəxsdən başqasını saxlamaqdan Allaha sığınırıq! Yoxsa, biz həqiqətən haqsızlıq etmiş olarıq”.
(Yusif surəsi, 79)
Onlar dedilər: “Sənə verdiyimiz sözdən öz iradəmizlə dönmədik. Ancaq biz (Firon) qövmünün zinət əşyalarından ibarət bir yükü gətirmişdik. Onları (oda) atdıq. Samiri də atdı”.
(Taha surəsi, 87)
İnsanların haqqını əskiltməyin və yer üzündə fitnə-fəsad törədərək qarışıqlıq salmayın!
(Şuəra surəsi, 183)
İki dəniz eyni deyildir. Bu şirindir, susuzluğu aparır və içilməsi rahatdır. Digəri isə duzlu və acıdır. Hər birindən təzə (balıq) əti yeyirsiniz və taxacağınız bəzək əşyaları çıxardırsınız. Allahın lütfündən (nəsibinizi) axtarıb şükür edəsiniz deyə, gəmilərin orada dənizi yara-yara üzdüyünü görürsən.
(Fatir surəsi, 12
)