Biz bu məsəlləri insanlar üçün çəkirik. Lakin onları ancaq bilənlər (düşünüb öyüd götürənlər) dərk edərlər.
(Ənkəbut surəsi, 43)
Göylərin və yerin yaradılışı da, dillərinizin və rənglərinizin müxtəlif olması da Onun (varlığının) dəlillərindəndir. Şübhəsiz ki, bunda bilənlər (elm sahibləri) üçün ibrətlər vardır.
(Rum surəsi, 22)
İnsanlardan, heyvanlardan və davarlardan da bu cür müxtəlif rəngli olanlar vardır. Allahdan qulları arasında yalnız alimlər (layiqincə) qorxarlar. Həqiqətən, Allah qüdrətlidir, bağışlayandır.
(Fatir surəsi, 28
)