ATLAZ sözü ilə əlaqəli ayələr
"ATLAZ" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onlar üçün (ağacları) altından çaylar axan Ədn cənnətləri vardır. Onlar orada taxtlar üzərində əyləşərək qızıldan bilərziklərlə bəzənəcək, nazik və qalın ipəkdən yaşıl paltarlar geyəcəklər. O nə gözəl mükafat və nə yaxşı məkandır!
(Kəhf surəsi, 31)📋
- Onlar ipəkdən və atlazdan paltarlar geyinib qarşı-qarşıya əyləşəcəklər.
(Duxan surəsi, 53)📋
- (Cənnət əhli) astarları atlazdan olan döşəklərə söykənəcəklər. Hər iki cənnətin meyvələri (dərə bilmələri üçün onlara) yaxın olacaqdır.
(Rəhman surəsi, 54)📋
- Onların əynində taftadan və atlazdan yaşıl paltarlar vardır. Onlar gümüş bilərziklərlər bəzəniblər. Rəbbi onlara tərtəmiz içki içirər.
(İnsan surəsi, 21
)📋