BƏDBƏXTLİK sözü ilə əlaqəli ayələr
"BƏDBƏXTLİK" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- (Axirət) gəldiyi gün Onun icazəsi olmadan heç kim danışa bilməz. Onlardan bəziləri bədbəxt, bəziləri də xoşbəxt olacaqdır.
(Hud surəsi, 105)📋
- Bədbəxt olanlar cəhənnəmdədirlər. Onlar orada ah-fəryad içində çətinliklə nəfəs alarlar.
(Hud surəsi, 106)📋
- Demişdi ki: “Ey Rəbbim! Sümüklərim zəifləyib, başım da ağappaq ağarıb. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam.
(Məryəm surəsi, 4)📋
- Məni anama qarşı qayğıkeş etdi, təkəbbürlü bir üsyankar etmədi!
(Məryəm surəsi, 32)📋
- Mən sizdən də, Allahı qoyub sitayiş etdiklərinizdən də uzaqlaşıram və Rəbbimə ibadət edirəm. Ümid edirəm ki, Rəbbimə ibadət etməklə bədbəxt olmaram”.
(Məryəm surəsi, 48)📋
- Buna görə də Biz dedik: “Ey Adəm! Şübhəsiz, bu (İblis) həm sənin, həm də zövcənin düşmənidir. Nəbadə sizi cənnətdən çıxartsın! Yoxsa (dünyada) məşəqqət çəkərsən.
(Taha surəsi, 117)📋
- (Allah) dedi: “Bir-birinizə düşmən kəsilərək hamınız oradan (cənnətdən) düşün! Məndən sizə hidayət rəhbəri gəldiyi zaman kim Mənim hidayətimə uyarsa, o nə yolunu azar, nə də bədbəxt olar.
(Taha surəsi, 123)📋
- Onlar belə deyərlər: “Ey Rəbbimiz! Bədbəxtçiliyimiz (azğınlığımız) bizə qalib gəldi və (haqq yoldan) azmış bir qövm olduq.
(Muminun surəsi, 106)📋
- Allahdan qorxan nəsihəti qəbul edəcəkdir.
(Əla surəsi, 10)📋
- Bədbəxt (inkar edən) isə ondan uzaq duracaqdır.
(Əla surəsi, 11
)📋