Onlar dedilər: “Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarlarda gəzib dolaşır? Ona özü ilə birlikdə xəbərdar edən bir mələk göndərilməli deyildimi?
(Furqan surəsi, 7)
(Ey Peyğəmbər!) Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də heç şübhəsiz, yemək yeyir və bazarlarda gəzib dolaşırdılar. (Ey insanlar!) Sizin bir qisminizi digər bir qisminiz üçün imtahan vasitəsi etdik ki, görək səbir edəcəksinizmi? Sənin Rəbbin hər şeyi görəndir.
(Furqan surəsi, 20
)