BOĞAZ sözü ilə əlaqəli ayələr
"BOĞAZ" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onu qurtum-qurtum içər, ancaq uda bilməz. Ona hər tərəfdən ölüm gələr, ancaq o ölməz. Bunun ardınca da şiddətli bir əzab vardır.
(İbrahim surəsi, 17)📋
- Şübhəsiz, heyvanlarda da sizin üçün bir ibrət vardır. Belə ki, sizə onların qarınlarındakı ifrazat ilə qan arasından çıxan, içənlərin boğazından rahatlıqla keçən xalis bir süd içirdirik.
(Nəhl surəsi, 66)📋
- Can boğaza çatdığı zaman -
(Vaqiə surəsi, 83)📋
- Bir də boğazdan keçməyən yemək və ağrılı-acılı bir əzab vardır.
(Müzzəmmil surəsi, 13
)📋