Düşünmürlərmi ki, yoldaşlarında (Məhəmməd peyğəmbərdə) heç bir dəlilik (əlaməti) yoxdur? O ancaq açıq bir şəkildə xəbərdar edəndir.
(Əraf surəsi, 184)
Yoxsa onda divanəlik olduğunumu söyləyirlər? Xeyr, o (peyğəmbər) onlara haqqı gətirdi. Onların çoxu haqdan nifrət edir.
(Muminun surəsi, 70)
(Firon) dedi: “Sizə göndərilən peyğəmbər, həqiqətən, dəlidir!”
(Şuəra surəsi, 27)
Görəsən, o, yalandan Allaha iftira atır, yoxsa onda dəlilikmi var?” Xeyr! Axirətə inanmayanlar əzab və (haqdan) uzaq zəlalət içindədirlər.
(Səba surəsi, 8)
(Ey Peyğəmbər!) De: “Mən sizə yalnız bir öyüd verəcəyəm. Allah üçün iki-iki, bir-bir ayağa qalxın, sonra da düşünün! Sizin yoldaşınızda (Məhəmməddə) heç bir dəlilik yoxdur. O, yalnız şiddətli bir əzab gəlmədən əvvəl sizi xəbərdar edən bir peyğəmbərdir”.
(Səba surəsi, 46)
Sonra ondan üz döndərmiş və: “O, öyrədilmiş bir divanədir”, - demişdilər.
(Duxan surəsi, 14)
O (Firon), öz ordusu ilə birlikdə (haqdan) üz çevirib: “Bu sehrbazdır, yaxud dəlidir!” – demişdi.
(Zəriyət surəsi, 39)
Onlardan əvvəl Nuh qövmü də (haqqı) təkzib etmiş və bəndəmizi yalanlayaraq: “O divanədir!” - deyib onu təhdid etmişdilər.
(Qamər surəsi, 9)
Həqiqətən, inkar edənlər Zikri (Quranı) eşitdikləri zaman az qala səni gözləri ilə yıxalar (gözə gətirələr). Onlar: “O divanədir!” - deyirlər.
(Qələm surəsi, 51)
Sizin yoldaşınız (Məhəmməd) divanə deyildir.
(Təkvir surəsi, 22
)