GƏNC sözü ilə əlaqəli ayələr
"GƏNC" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onunla birlikdə iki gənc də zindana girdi. Onlardan biri: “Mən (yuxuda) şərab sıxdığımı gördüm”, - dedi. Digəri isə: “Mən başımın üstündə bir çörək apardığımı gördüm. Quşlar da o çörəkdən yeyirdilər. Bunun yozumunu bizə xəbər ver! Həqiqətən, biz sənin xeyirxahlardan olduğunu görürük”, - dedi. (Yusif surəsi, 36)📋
- Bir vaxt gənclər mağaraya sığınaraq: “Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et və bizə bu vəziyyətdən çıxış yolu göstər!” - demişdilər. (Kəhf surəsi, 10)📋
- Biz onların xəbərini sənə olduğu kimi danışırıq. Həqiqətən, onlar Rəbbinə iman etmiş gənclər idi. Biz də onların hidayətini artırdıq. (Kəhf surəsi, 13)📋
- Bir zaman Musa gənc yoldaşına belə demişdi: “İki dənizin qovuşduğu yerə çatana qədər yol gedəcəyəm, yaxud uzun müddət yoluma davam edəcəyəm”. (Kəhf surəsi, 60)📋
- (Oradan) keçib getdikləri zaman Musa gəncə dedi: “Günorta yeməyimizi gətir! Bu səfərimiz bizi yaman yordu”. (Kəhf surəsi, 62)📋
- Onların ətrafında həmişəcavan (xidmətçi) gənclər (mələk qılman) dolanacaqlar. (Vaqiə surəsi, 17)📋