İsa onların (yəhudilərin) inkarçılıqlarını hiss etdikdə dedi: “Allaha gedən yolda mənim köməkçilərim kim olacaq?” Həvarilər dedilər: “Biz Allahın (dininin) köməkçiləriyik. Allaha iman etmişik və sən də şahid ol ki, biz (Allaha) təslim olmuşuq!”
(Ali İmran surəsi, 52)
Vaxtilə həvarilərə belə ilham etmişdim: “Mənə və elçimə iman gətirin!” Onlar da: “İman gətirdik. Şahid ol ki, biz (Allaha) təslim olmuşuq!” - demişdilər.
(Maidə surəsi, 111)
O zaman həvarilər demişdilər: “Ey Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir süfrə nazil edə bilərmi?” O da: “Əgər möminsinizsə, Allahdan qorxun!” – demişdi.
(Maidə surəsi, 112)
(Həvarilər) demişdilər: “İstəyirik ki, ondan yeyək, qəlbimiz aram tapsın, bizə doğru dediyini bilək və ona (o möcüzəyə) şahidlik edənlərdən olaq”.
(Maidə surəsi, 113)
Ey iman gətirənlər, Allahın yardımçıları olun! Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda mənim yardımçılarım kimlərdir?” - demişdi. Həvarilər də: “Allahın yardımçıları bizik!” - demişdilər. İsrail oğullarından bir tayfa (İsaya) iman gətirdi, bir tayfa isə onu inkar etdi. Biz də iman gətirənləri düşmənlərinə qarşı dəstəklədik və onlar qalib gəldilər.
(Saff surəsi, 14
)